Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ə...
12:43 26.08.2026
0
0
0
Pakistanın paytaxtı İslamabadda dövlət xəstəxanasında baş verən yanğın nəticəsində azı 14 körpə ölüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir Şahbaz Şərif məlumat verib.
“Reuters” yazır ki, yerli media faciənin kondisioner sistemindəki nasazlıqla bağlı olduğunu bildirir.
“Geo TV” telekanalının məlumatına görə, yanğın səhər saat 7 radələrində (Qrinviç vaxtı ilə saat 02:00) Pakistan Tibb Elmləri İnstitutunda (PIMS) ana və uşaq şöbəsinin üçüncü mərtəbəsində başlayıb. Telekanal ölənlərin sayının 15 nəfər olduğunu bildirib.
Bu hadisə dövlət səhiyyəsinin subsidiyalaşdırıldığı, lakin tibb müəssisələrinin resurs çatışmazlığı ilə üzləşdiyi və həddindən artıq yükləndiyi ölkədə son illərin ən çox insan tələfatı ilə nəticələnən xəstəxana yanğınlarından biridir.
“Geo TV”nin məlumatına görə, yanğın baş verən zaman palatada 16 yeni doğulmuş körpə olub və onlardan biri xilas edilib.
Digər xəbərlər