NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir, Prezident İlham Əliyev və Mehriban Əliyeva əklil göndərib

...

Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.

"Şərq qapısı" xəbər verir ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Murad Yagizarovun vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, o, II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi bu gün səhər Azərbaycana gətirilib.

Nəşr edilib : 16.09.2025 12:22