Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
Biz iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında danışdıq. Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Vuçiç deyib: "Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə, Azərbaycan xeyli endirimlə təchiz edir. Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü?! Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər".
Digər xəbərlər