Azərbaycan və Somalinin həmkarlar ittifaqları Anla...
09:39 13.02.2025
0
0
0
Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrünün başçısı Əhməd əş-Şəraa arasında telefon danışığı baş tutub.
Bu barədə "Şərq qapısı" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər Suriyadakı vəziyyəti, ölkə daxilində dialoq məsələsini, vəziyyətin normallaşdırılmasını və humanitar yardımı müzakirə ediblər. Xüsusilə Rusiya nümayəndələrinin Dəməşqdə apardığı son danışıqlar kontekstində ticarət-iqtisadi və təhsil əməkdaşlığı mövzularına da toxunulub.
Tərəflər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Digər xəbərlər