Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq...
10:48 26.08.2026
0
0
0
NAXÇIVAN :
26 Avqust 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC tərəfindən şəhid və qazi ailələrinin övladları üçün “Rəqəmsal bacarıqlar” üzrə sosial təlim proqramı həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Şərq qapısı”na verilən məlumata görə, Zəfər Gününə həsr olunan layihənin əsas məqsədi şəhid və qazi ailələrinin övladlarının müasir rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək təhsil və peşə fəaliyyətinə hazırlığının gücləndirilməsidir.
44 gün davam edəcək təlim proqramı çərçivəsində iştirakçılara kompüterdən istifadə, Windows əməliyyat sistemi, Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel proqramları, internet resurslarından istifadə, bulud texnologiyaları, süni intellektin əsasları və kibertəhlükəsizlik istiqamətləri üzrə praktiki bilik və bacarıqlar öyrədiləcək.
Təlimlər zamanı nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə xüsusi üstünlük veriləcək.
Layihədə şəhid və qazi ailələrinin övladları iştirak edə biləcəklər. Təlim proqramı iştirakçılar üçün tamamilə ödənişsiz təşkil olunacaq.
Təlimlər NPTM MMC-nin Təlim və Tədris sektorunun Naxçıvan şəhərində, Şərur, Culfa və Ordubad rayonlarında yerləşən inzibati binalarında keçiriləcək.
Sənəd qəbulu 27 avqust-27 sentyabr 2026-cı il tarixləri arasında həyata keçiriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Rəqəmsal bacarıqlar” sosial təlim proqramı şəhid və qazi ailələrinin övladlarının rəqəmsal imkanlarının genişləndirilməsinə, onların müasir texnologiyalardan daha səmərəli istifadə etməsinə və gələcək inkişaflarına dəstək məqsədi daşıyır.
Digər xəbərlər