Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə da...
12:40 09.01.2025
0
0
0
NAXÇIVAN :
09 Yanvar 2025, Cümə axşamı
Niyamin Xaliq oğlu Niftalızadə
(15.01.1997-07.10.2020)
Mənim üçün danışmaq çox çətindir. Niyamin nəsildə, demək olar ki, hamı tərəfindən sevilirdi. Çox ürəkli uşaq idi. O qədər təmiz ürəyi var idi ki... Səliqəsinə də söz ola bilməzdi. Hər yeriyəndə üst-başına baxardı. Həmişə deyirdi ki, mən seçiləcəyəm. Elə də oldu. Balam seçildi. Hər kəsdən fərqli oldu. Sanki bunu əvvəlcədən bilirmiş.
Xasiyyətində bir az da utancaqlıq vardı. Qonşular, qohumlar hələ də onun utancaqlığından danışırlar.
Oğlum həm də sakittəbiətli, böyük-kiçik yeri bilən oğlan idi. Çox zəhmətkeş bala olub. Evin bütün işlərində bizə dəstək idi. Zəhmətdən qorxmurdu.
Onun bir sözü vardı. “Vətəni namus, bayrağı şərəf, şəhadəti mükafat bilən ölümlə qorxudulanmaz”. Bəli, elə də oldu. Mənim igid balam Vətəni namus, bayrağı şərəf bildi. Şəhadət mükafatı aldı. Bununla da bizə qürur yaşatdı.
27 sentyabrda başlanan Vətən müharibəsinə deyə-gülə getdi. Elə bil, toya gedirdi oğlum. Qəhrəmancasına şəhid oldu. Niyaminin şəhid xəbərini oktyabrın 8-i verdilər. Əvvəl atası bilmişdi. Atasına deyiblər ki, Niyamin yaralanıb. Lakin atası həmin dəqiqə hiss etmişdi balamızın şəhid olmasını.
Niyamin 15 yanvarda doğulmuşdu. Ad gününə hazırlaşırdı. Deyirdi, ana, elə ad günü keçirəcəyəm ki, hamı mənim ad günümdə iştirak edəcək. Elə də oldu. Oktyabrın 7-si şəhid oldu. 2021-ci ilin 15 yanvarında ad gününü məzarı başında qeyd etdik. Dediyi kimi də oldu. Məzarının başında insanların sayı-hesabı yox idi. Dedim ki, oğul, arzuna çatdın.
Ürəyi arzularla dolu idi mənim balamın. Nə arzu edirdisə, hər birinə ölümündən sonra çatıb. İnanın ki, onun arzularını sonradan yaşayırıq.
Nə deyim ki, dərdim yüngülləşsin. Vətən sağ olsun!
Digər xəbərlər