NAXÇIVAN :

02 May 2026, Şənbə

Diplomatik korpusun nümayəndələri Laçında

...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edən diplomatik korpusun nümayəndələri mayın 2-də Laçın rayonuna gəliblər.
"Şərq qapısı" xəbər verir ki, Laçın şəhəri ilə tanışlıq çərçivəsində xarici diplomatların səfər etdikləri ilk məkan Həkəri çayının sahilində salınmış bulvar olub.
Nümayəndələr səfər çərçivəsində Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə də tanış olublar.
Qeyd edək ki, diplomatik korpus nümayəndələrinin bu səfəri işğaldan azad olunmuş ərazilərə sayca 21-ci səfəridir.
Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəşr edilib : 02.05.2026 12:11