Əsgər ölümü ilə bağlı cinayət işi açılıb...
15:18 24.02.2025
0
0
0
NAXÇIVAN :
24 Fevral 2025, Bazar ertəsi
Belə igid oğullardan ikisi haqqında danışmaq istərdim. Onlardan biri Sədərək rayonunun Dəmirçi kəndindən olan şəhid Valid Qasım oğlu Məmmədovdur. Valid 1954-cü ildə Vedibasar rayonunun Çəmbərk kəndində anadan olmuşdu. İbtidai təhsilini həmin kənddə alsa da, sonra təhsilini Dəmirçi kəndində davam etdirmişdi. 1974-cü ildə həqiqi hərbi xidmətə gedən Valid indiki Azərbaycan Tibb Universitetində təhsil alaraq epidemioloq kimi Culfa rayonunda iş fəaliyyətinə başlamışdı. 1981-ci ildə Zərnişan xanımla ailə həyatı qururlar. Qasım, Araz, Anar və Süleyman adlı dörd oğul böyüdən Zərnişan xanım xatirələrini danışdıqca üzündəki qırışlar getdikcə dərinləşir: “Biz Valid ilə qohum idik. 1977-ci ildə Valid Tibb İnstitutuna daxil olduqda mən də institutda hazırlıq kursunda təhsil alırdım. Həmin vaxt ailələrimiz bizi nişanladılar. 7 il nişanlı qaldıq. Hər ikimiz təhsilimizi bitirdikdən sonra ailə qurduq.
1992-ci ilin yanvarında Valid işə başladı və təyinatını Sədərək Rayon Xəstəxanasına verdilər. Həmin vaxt Sədərəkdə döyüşlər gedirdi. Validgil tez-tez sərhəddə olur, yaralılara ilk tibbi yardım göstərirdilər. Bir gün evə bir avtobus qonaq gətirdi. Dedi ki, bunlar sədərəklilərdir. Evimizin sakini kimi qulluq edərsən. Bir neçə gün sonra mayın 6-da döyüşlər gücləndi. Valid də iş yoldaşı ilə birlikdə yaralılara ilk tibbi yardım göstərmək üçün sərhədə gedir. Yaralıları çıxaran zaman sinəsindən snayperlə vurulur. Elə oradaca şəhid olur. O, şəhid olanda balaca oğlumuzun üç, böyüyün isə on yaşı var idi. Vahid həkim, mən isə müəllim işlədim. Dörd oğlumuz, evimiz, hər şeyimiz var idi. Çox xoşbəxt idik. Amma xoşbəxtliyimiz yarımçıq qaldı”.
Zərnişan xanımı dinlədikcə sanki o günlərə qayıdırıq. Odun-alovun, çətin vəziyyətin hökm sürdüyü o günlər...
Ailəsini ziyarət etdiyimiz digər şəhid isə Etibar Rzaqulu oğlu Əhmədovdur. Etibar 20 aprel 1962-ci ildə Dəmirçi kəndində anadan olmuşdu. İki oğlu, bir qızı var. Tikinti idarəsində sürücü işləyib. Vətənin üstünə yağan od-alovun qığılcımları Etibarın da evindən yan keçmir. Şəhid Etibarın həyat yoldaşı Pakizə xanım həmin günün acısını ağlaya-ağlaya dilə gətirir: “Yanvarın 19-u tezdən evə gəldi. Çörək almışdı. Çörəyi verdi, yeməyə qalmadı. Dedi ki, Pakizə, vəziyyət çox pisdir. Döyüşə gedirəm. Qızını öpdü və getdi. Axşamçağı anam gəldi ki, uşaqları yığ, gedək bizə. Etibarın paltarını götürəndə tək səbir gəldi. Bu vaxt şəhid Abdullanın anasının səsini eşitdik. Bir azdan xəbər gəldi ki, Etibar şəhid olub. 19 yanvar 1990-cı il evimizə, elimizə bəla kimi gəldi”.
Vətən üçün özünü sipər edən oğullarımız Vətən yolunda canlarını qurban verdilər. Böyük Zəfəri və qələbəni xalqımıza bəxş edən şəhidlər ölməzlər, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar.
Turan MƏMMƏDLİ
Digər xəbərlər