Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açı...
14:23 09.06.2025
0
0
0
"İyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinə 17 şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və iki xəstənin vəziyyəti isə ağır idi. Daxil olan digər 9 nəfər xəstə isə azyaşlı uşaq olub".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Nəzmin Allahverdiyeva deyib.
Həkim-infeksionist qeyd edib ki, aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıb: "Xəstələrdən 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər idi. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu məlumatı bizdə vardır. Yəni Təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".
Digər xəbərlər