NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında bu günə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, 9 iyun saat 21:00-a qədər Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin yüksək dağlıq ərazilərdə  qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Qərb küləyinin sürətinin 10-15 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi bildirilir.
Havanın temperaturunun gecə saatlarında 9-14° isti, gündüz isə 25-30° isti olacağı gözlənilir.

Nəşr edilib : 09.06.2025 10:14