Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
27 sentyabr – Anım Günü münasibətilə Şərur Rayon İcra Hakimiyyətinin və rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Məzarların üzərinə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub. Həmin gün rayonun kəndlərində dəfn olunan şəhidlərin məzarları ziyarət olunub. Xatirələri ehtiramla yad edilib.
Qeyd edək ki, Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda rayonun 30-dan çox igid oğlu canından keçib. Onların əziz xatirəsi daim yaşadılır. Bu gün igid Vətən oğullarının qəhrəmanlığı sayəsində Azərbaycan Bayrağı Şuşada, Xankəndidə dalğalanır. Vaxtilə evindən ocağından didərgin düşən insanlar Azərbaycan əsgərinin ayaq izləri ilə geri qayıdırlar.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər