Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam etdirilir.
Növbəti belə görüş Şahbuz rayonunun Badamlı kəndində, 51 illik ailə həyatı yaşayan Zeynalovlar ailəsində keçirilib. Görüşdə komitənin və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də “Ailə Könüllüsü” iştirak ediblər.
Tədbirdə çıxış edən komitənin şöbə müdiri Könül Babayeva və Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Sevindik Abdullayev uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq, bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.
Zeynalovlar ailəsinin başçısı Firuz Zeynalov və həyat yoldaşı Zərifə Zeynalova 4 övlad, 11 nəvə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbir və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək gənc nəsillə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.
Görüşün sonunda komitə tərəfindən Zeynalovlar ailəsinə hədiyyə və gül buketi təqdim olunub.
Digər xəbərlər