NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Uzunömürlü nümunəvi ailələrlə görüşlər davam edir

...

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam etdirilir.
Növbəti belə görüş Kəngərli rayonunun Qarabağlar kəndində, 66 illik ailə həyatı yaşayan Qasımovlar ailəsində keçirilib. Görüşdə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də “Ailə Könüllüsü” iştirak ediblər.
Komitənin şöbə müdiri Könül Babayeva və rayon İcra Hakimiyyətinin nümayəndəsi Həvva Əsədova uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.
Qasımovlar ailəsinin başçısı Qasım Qasımov və həyat yoldaşı Gülxanım Qasımova 6 övlad, 17 nəvə və 23 nəticə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbir və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək gənc nəsillə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.
Görüşün sonunda Dövlət Komitəsi tərəfindən Qasımovlar ailəsinə hədiyyə və gül buketi təqdim olunub.

Nəşr edilib : 11.06.2025 19:45