Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda təlim keçirilib.
Təlimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva, “Uşaq Səfirlər Məclisi”nin nümayəndə və üzvləri çıxş ediblər. Çıxışlar zamanı bildirilib ki, təlimdə əsas diqqət uşaqların internet və digər rəqəmsal platformalar üzərindən qarşılaşdıqları zərərli məlumatlardan qorunmasına yönəlib. Təlimdə uşaqların qarşılaşa biləcəyi zərərli informasiyaların uşaqların psixoloji və emosional inkişafına necə təsir edə biləcəyi haqqında məlumat verilir. Təlim, həmçinin uşaqların fərdi məlumatlarını qorumaq və onlara internetin etik qaydalarını öyrətmək məsələlərini də əhatə edir. Bu cür təlimlər, uşaqların onlayn dünyada təhlükəsiz şəkildə fəaliyyət göstərmələrini təmin edərək onların sağlam inkişafına dəstək olur.
Çıxışların ardından 5 dekabr 2024-cü il tarixdə Bakı şəhərində keçirilmiş “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu ilə bağlı hazırlanan videomateriallar nümayiş etdirilib.
“İnternet təhlükəsizliyi” mövzusunda uşaqların zərərli informasiyadan müdafiəsi ilə bağlı təlimlər və müzakirələr keçirilib, sertifikatlar təqdim edilib.
Nahar fasiləsindən sonra intellektual yarış keçirilib, qaliblər təltif edilib, iştirakçılara sertifikatlar verilib.
Sonda xatirə fotosu çəkdirilib.
Digər xəbərlər