NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Uşaqlara milli dəyərlərimiz təbliğ olunur

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib. 
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Rüstəmova çıxış ediblər. Çıxışlar zamanı bildirilib ki, Ümummilli Liderimizin adını daşıyan məktəbin pedaqoji kollektivi milli təhsilimizin tərəqqisi naminə, dövlətimizin gələcəyi üçün vətənpərvər gənclər yetişdirməyə səy göstərirlər. Məhz milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsi əhəmiyyətli məsələdir. Xüsusilə də uşaq, yeniyetmə və gənclərin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın təbliğ və təşviq edilməsi önəmli rola malikdir.
Məktəbin şagird, müəllim, psixoloq və sinif rəhbərlərinin iştirak etdiyi tədbirdən 30 nəfər yararlanıb və sonda iştirakçılara broşürlər paylanılıb.

Nəşr edilib : 05.11.2024 21:46