NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda ağır qəza, ölən və yaralananlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Culfa rayonu, Ərəzin kəndi ərazisində baş verib. Belə ki, 3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 20.10.2026 21:46