NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

...

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

''Şərq qapısı" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.

Nəşr edilib : 21.10.2026 08:54