Gender bərabərliyi ilə bağlı kitab təqdimatı keçir...
23:23 15.04.2025
0
0
1
“Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Rəfail Əhmədov bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır. Qeyd edildi ki, məhz dövlətimizin qanunvericilik sistemində uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində etibarlı təminat mexanizmləri formalaşdırılmışdır.
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin əməkdaşı David Hüseynov və Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktor müavini Əbülfəz Rzayev mövzu ilə bağlı çıxış etmişlər.
38 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb və maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər