NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Uşaq hüquqları ilə bağlı yeni qanun layihəsi parlamentə daxil olub

...

Azərbaycanda "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb.

"Şərq qapısı" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə hazırlanan qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim edilib.

Layihənin sabah parlamentin müvafiq komitələrində ilk müzakirəsinin keçirilməsi gözlənilir.

Məlumata görə, sabah Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində layihə müzakirəyə çıxarılacaq.

Nəşr edilib : 27.01.2026 14:35