Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anılıb. İcra hakimiyyətlərinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, sakinlər Ulu Öndərin rayon mərkəzlərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını göstəriblər.
Ümummilli Liderimiz Heydər Əliyev tarixdə dünya siyasətçilərinin qibtə etdiyi və irsinin araşdırılaraq öyrənildiyi siyasi lider kimi tanınıb. Dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxarıb, böyük inkişaf salnaməsi yaradıb. Ulu Öndərin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi inkişaf xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu siyasi kurs Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilib, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasına yol açıb.
Ümummilli Liderin ideyalarının işığında bütün sahələr üzrə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün ərzində azad etdi. “Zəfər Günü” kimi tariximizə əbədi həkk olunan noyabrın 8-də Qarabağın gözü Şuşa şəhərinin işğaldan azad olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin müqəddəs arzularını gerçəkləşdirdi, ata vəsiyyətini yerinə yetirdi. 2023-cü il 19-20 sentyabr tarixlərdə müzəffər Ordumuzun lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu.
Tarixi zəfərdən ötən dövrdə Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdış siyasətini uğurla həyata keçirir, Qarabağın hər qarışına həyat qayıdır, soydaşlarımız öz yurdlarına geri dönür, təhsil, səhiyyə, mədəniyyət sahələri dirçəldilir, xalqımızın ən qiymətli sərvətləri olan milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz bərpa olunur. Zəfərimiz dünyanın aparıcı dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən rəğbət qazanıb, xalqımız qətiyyətli liderin rəhbərliyi ilə sübut edib ki, o öz torpağına bağlıdır, sözünə, əməlinə sadiqdir, iradəlidir, güclüdür. Zəfərin 5 illiyində – bu il avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda əldə olunan tarixi razılaşmalarla müharibə meydanında olduğu kimi, sülh masasından da qalibiyyətlə ayrılıb. Ulu Öndər ideyalarının yaşadıcısı, qətiyyətli liderin rəhbərliyi ilə artıq Cənubi Qafqazda ədalətli, davamlı sülh və əməkdaşlıq mühiti formalaşmaqdadır.
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi yola sonsuz sədaqət göstərən Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm qərarlar verir, sərəncam və fərmanlar imzalayır. Əminliklə demək olar ki, dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində Zəngəzur dəhlizinin açılması, eləcə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikanın müasir inkişafında yeni mərhələnin əsasını qoyacaq.
Digər xəbərlər