NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə töhfə verir

...

Bakıda “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko arasında mühüm görüş keçirilib.
“Şərq qapısı” xəbər verir ki, görüşdə diasporun dəstəklənməsinə və xalqlar arasında ənənəvi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə sosial və mədəni layihələrin reallaşdırılması, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının himayəsi ilə həyata keçirilən ictimai təşəbbüslərin genişləndirilməsi və yardım layihələri müzakirə edilib, həmçinin müasir dünyada ictimai diplomatiyanın rolu, gənclər və təhsil proqramlarının genişləndirilməsinin vacibliyi haqqında fikir mübadiləsi aparılıb.
Viktor Yuşşenko Elmar Məmmədovun səylərin birləşdirilməsi və ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki çoxillik fəaliyyətini yüksək qiymətləndirərək, onun Azərbaycan ilə Ukrayna arasında dostluğun möhkəmlənməsinə verdiyi böyük töhfəni xüsusi qeyd edib.
Görüşün sonunda tərəflər planlaşdırılan təşəbbüslərin uğurla reallaşacağına əminliklərini bildirib və hər iki dövlətin rifahı naminə bundan sonra da fəal əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Nəşr edilib : 17.08.2026 21:10