NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər

...

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Şərq qapısı" xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kiloqram) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kiloqram) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medala layiq görülüb.

Nəşr edilib : 17.08.2026 22:55