Misli Premyer Liqasında XXXII tur davam edir
22:13 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
Ulu Öndər Heydər Əliyevin dil siyasəti, dilimizin inkişafı istiqamətində göstərdiyi tarixi xidmətlər, ana dilimizin dövlət dili olması yönündə apardığı dönməz mübarizə milli varlığımız olan dilimizə böyük məhəbbətin parlaq təcəssümüdür. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Bu müstəqil Azərbaycan dövlətinin memarı, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə ana dilimizə göstərdiyi yüksək diqqət və qayğının aydın təzahürüdür. Ulu Öndər xalqın formalaşmasında, onun yaşam tərzində ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ümummilli Lider Heydər Əliyevin gənclərimizə olan tövsiyələrindən biri məhz ana dili əsasında dünyanı dərk etmələri, ingilis, alman, fransız, çin və digər dilləri öyrənməklə yanaşı, ilk növbədə, öz milli dilini bütün incəlikləri ilə mükəmməl şəkildə əxz etmələri idi. Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə qədəm qoyması, dünyanın müxtəlif dövlətlərinin və mühüm beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Dilimizin keşiyində dayanmaq, onu daim inkişaf etdirmək Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm bir sahəsinə çevrilmiş, dövlət dilimizin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il 18 iyunda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsa əhəmiyyət daşıyır. Milli dilimizin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, saflığı, təmizliyi istiqamətində Ulu Öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir. Milli varlığımızın timsalı olan dilimiz öz mükəmməlliyi, zənginliyi ilə gələcək nəsillərə ərməğan edilən ən dəyərli mənbə, ən gözəl mirasdır.
Xumar Məmmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər