Zəngəzur Milli Parkında Qafqaz bəbirinin ana və üç...
22:46 23.10.2026
0
0
0
Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisası üzrə V kurs tələbələri Badaşqan kəndi ərazisində yerləşən atçılıq təsərrüfatında praktiki təcrübədə olublar.
"Şərq qapısı" xəbər verir ki, təcrübə NDU-nun Baytarlıq təbabəti kafedrasının müdiri, dosent Mahir Məhərrəmov, professorlar İsa Özaydın və Savaş Yıldızın rəhbərliyi ilə təşkil olunub.
Təcrübə zamanı professor Savaş Yıldız tələbələrə atların ümumi sağlamlıq vəziyyətinin yoxlanılması, genital orqanların müayinəsi və reproduktiv sistem xəstəliklərinin müəyyənləşdirilməsi qaydalarını izah edib.
Professor İsa Özaydın isə atçılıq təsərrüfatlarında tez-tez rast gəlinən dayaq-hərəkət sistemi xəstəlikləri, oynaq iltihabları və dırnaq patologiyalarını əyani şəkildə göstərib.
Praktiki təcrübənin əsas məqsədi tələbələrin atların sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və baytarlıq-sanitariya tədbirləri üzrə nəzəri biliklərini möhkəmləndirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək olub.
Digər xəbərlər