NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

Naxçıvanda yağışlı hava oktyabrın 25-dək davam edəcək

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən  muxtar respublika ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 25-dək davam edəcəyi, bəzi yerlərdə arabir fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 
Yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Nəşr edilib : 23.10.2026 19:23