NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Ukrayna Prezidenti Ankaraya səfərə gəlir

...

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Ankaraya səfərə gələcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

"Şərq qapısı" xəbər verir ki, danışıqların mövzusu İstanbul danışıqlar prosesinin bərpası və ona təkan verilməsidir.

Bu gün Ankarada Türkiyə Prezident Administrasiyasında keçiriləcək danışıqlar Ərdoğan və Zelenski arasında bu il üçüncü görüş olacaq.

Ankara dəfələrlə Kiyev və Moskva arasında müxtəlif səviyyələrdə ədalətli və davamlı sülhə töhfə verməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Türkiyə liderinin administrasiyası Türkiyə ilə Ukrayna arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqləyib.

Nəşr edilib : 19.11.2025 11:41