NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

...

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda bu gün İngiltərədə keçiriləcək “Tottenhem” - “Qarabağ” matçının start heyətləri bəlli olub.

"Şərq qapısı" Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Julio Romao, Elvin Cəfərquliyev, Toral Bayramov, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.

Baş məşqçi: Angelos Postekoqlu.

Qeyd edək ki, "Tottenhem Hotspur" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nəşr edilib : 26.09.2024 22:19