Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dö...
00:10 08.10.2024
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2024, Çərşənbə axşamı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkə əhalisini mənfi proqnozlara inanmamağa və iqtisadiyyatla bağlı sistemli spekulyasiya cəhdlərinə uymamağa çağırıb.
Siyasətçi yerli telekanalların birində Türkiyə hökumətinin uzunmüddətli ÜDM-in artım templərini və qiymət sabitliyini təmin etmək əzmini vurğulayıb.
Yılmazın sözlərinə görə, ölkə iqtisadiyyatı getdikcə risklərə daha çox davamlı olur ki, bu da güclü infrastrukturun və istehsal bazasının olmasının nəticəsidir.
Vitse-prezident ölkədə inflyasiya göstəricilərinə diqqət çəkərək bildirib ki, ilin sonuna qədər ölkədə qiymət artımı 41,5 faiz səviyyəsində proqnozlaşdırılır. O əlavə edib: “Təkcə son üç ayda ölkədə inflyasiya 23,5 bənd azalaraq 52 faiz təşkil edib”. Yılmaz xatırladıb ki, qiymət artımının pik nöqtəsi Türkiyədə inflyasiyanın 75,5 faizə çatdığı vaxt qeydə alınıb.
Siyasətçi 2025-ci ilin sonuna qədər ölkədə inflyasiyanın səviyyəsinin 20 faizə düşəcəyinə əminliyini ifadə edib.
Cevdet Yılmaz əmin edib ki, Türkiyə iqtisadiyyatındakı vəziyyət nikbinliyə əsas verir: idxal azalır, ixrac artır, turizm gəlirləri çoxalır, ilin sonuna kimi tədiyyə balansının kəsiri 1,7 faizə enəcək. “Təkcə son 7 ayda Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 6 milyard dolları ötüb və ilin sonunda bu rəqəm 10 milyard dollara çatacaq”, -deyə vitse-prezident bildirib.
Digər xəbərlər