NAXÇIVAN :

30 Avqust 2026, Bazar

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir

...

Türkiyənin “HÜRJET” reaktiv təlim və yüngül döyüş təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək ilk nümunəsi yerüstü və taksi sınaqlarından sonra ilk uçuşunu uğurla həyata keçirib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
“Müstəqilliyimizi zəfərə aparan iradə bu gün milli aviasiyamızın qanadlarında yüksəlməyə davam edəcək” - deyən Görgün bu qürurun ərsəyə gəlməsində əməyi olan Hərbi Hava Qüvvələri Komandanlığı, “Turkish Aerospace Industries” (TUSAŞ) şirkətinin əməkdaşları, mühəndislər, texniklər və bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.

Nəşr edilib : 30.08.2026 13:39