Müəllimlərin yalnız üçdəbiri müsabiqə yolu ilə təh...
14:53 11.09.2026
0
0
0
Azərbaycan-Türkiyə Enerji Forumu yalnız iki ölkənin enerji sektorlarının bir araya gəldiyi platforma deyil, həm də “bir millət, iki dövlət” prinsipi əsasında ortaq gələcəyin konkret layihələrlə formalaşdırıldığı strateji platformadır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, təbii qaz sahəsində əməkdaşlıq, hidrokarbon yataqlarında tərəfdaşlıq, Azərbaycan enerji resurslarının Türkiyə üzərindən regional və qlobal bazarlara çıxarılmasını təmin edən boru kəmərləri iki ölkənin enerji əməkdaşlığının əsas nümunələrindəndir.
“Əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmır. Mədənçilikdən bərpaolunan enerjiyə, enerji səmərəliliyindən elektrik bazarlarına, ötürülmə və paylanmaya qədər geniş istiqamətlərdə əlaqələr inkişaf etdirilir. Hazırda qlobal enerji sektoru mühüm transformasiyadan keçir və enerji sistemi getdikcə daha çox elektrik enerjisi mərkəzli olur. Bu şəraitdə əsas məsələ yalnız enerji istehsal etmək deyil, istehsal olunan enerjini təhlükəsiz, dayanıqlı, sürətli və səmərəli şəkildə istehlakçılara çatdırmaqdır”, - deyə nazir bildirib.
Digər xəbərlər