Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaş...
22:00 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində olublar.
"Şərq qapısı" xəbər verir ki, Mədəniyyət Mərkəzində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xşəhərdə aparılan genişmiqyaslı yenidənqurma və tikinti işləri barədə məlumat verib. Qeyd edib ki, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar.
“Bu gün Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır”, – deyə xüsusi nümayəndə qeyd edib.
E.Yusubov diplomatik korpusun nümayəndələrinin şəhərdə aparılan işlər və əldə olunan yeniliklərlə yerində tanış olacaqlarını bildirib.
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Xankəndinin yeni Baş Planına uyğun olaraq yararsız tikililərin sökülməsi prosesi intensivləşib. Sökülən tikililərin yerində müasir tələblərə cavab verən yaşayış binalarının və yaşayış məhəllələrinin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Yaxın vaxtlarda şəhərdə müasir tikililərin inşasının şahidi olmaq mümkün olacaq.
Prezidentin xüsusi nümayəndəsi, həmçinin Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisinin regionun mühüm infrastruktur layihələrindən biri olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında 25 il əvvəl bu gün, sentyabrın 11-də Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarına qarşı dəhşətli və amansız bir terror aktının törədildiyini xatırladıb. Azərbaycanın da, xüsusilə 90-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş bir ölkə olduğunu qeyd edib.
“Buna görə də, 1990-cı illərin əvvəllərində terrordan və bu cür vəhşiliklərdən əziyyət çəkən ölkə olaraq biz terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdən biriyik”, - deyə Prezidentinin köməkçisi bildirib.
Hikmət Hacıyev mina terroruna da diqqət çəkib və işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə fəaliyyətinə öz töhfəsini verən tərəfdaş ölkə və qurumların dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Sonda diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
11:32
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.
"Şərq qapısı" xəbər verir ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Digər xəbərlər