NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Nazir: SOCAR ilə TPAO arasında kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır

...

TPAO Azərbaycan və Türkiyədə, eləcə də üçüncü ölkələrdə yeni birgə neft-qaz layihələrinin həyata keçirilməsini müzakirə edir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, SOCAR və TPAO arasında kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

“Ötən il “Şəfəq-Asiman”da başlayan əməkdaşlığımızın “Qarabağ”la davam etməsini istəyirik. SOCAR-la həm Türkiyədə, həm Azərbaycanda, həm də üçüncü ölkələrdə birgə həyata keçirə biləcəyimiz kəşfiyyat layihələrini müzakirə edirik və bu istiqamətdə konkret layihələr ortaya qoyacağıq”, – deyə Alparslan Bayraktar qeyd edib.

Nəşr edilib : 11.09.2026 14:45