NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Türkiyə və Rusiya XİN başçıları bu gün danışıqlar aparacaqlar

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Yohannesburqda rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqlar apara bilər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş bu gün Yohannesburqda başlayacaq G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

“Nazirin bu günə rusiyalı və çinli həmkarları Sergey Lavrov və Van İ ilə də ikitərəfli görüşləri planlaşdırılır”, - mənbə bildirib.

Nəşr edilib : 20.02.2025 11:08