Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının...
20:41 22.08.2026
0
0
0
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında kiçikyaşlı yeniyetmələr (2013-2015-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.
Yekun nəticəyə əsasən Alcəfərli İbrahim (29 kiloqram), Əlizadə Sərxan (32 kiloqram), Mirzəli Cəbrayıl (35 kiloqram), Zeynalabdinov Mehdi (38 kiloqram), Abbaszadə Nuru (41 kiloqram), Babayev Elnur (44 kiloqram), Abdullayev Səttar (48 kiloqram), Tağılı Vüqar (52 kiloqram), Əliyev Əbil (57 kiloqram), Məhərrəmov Rail (62 kiloqram) və Məhərrəmli Məhərrəm (68 kiloqram) qalib adını qazanıblar.
Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsi üzrə 60 idmançı qüvvəsini sınayıb. İlk üç yerin sahibləri diplomla mükafatlandırılıblar.
Digər xəbərlər