NAXÇIVAN :

22 Avqust 2026, Şənbə

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

...

Mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2-4 hərəkət zolaqlı olacaq.

"Şərq qapısı" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.

Tikinti sahələrində 2085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50 faizdən çoxu icra olunub.

Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.

Nəşr edilib : 22.08.2026 16:30