NAXÇIVAN :

22 Avqust 2026, Şənbə

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

...

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
"Şərq qapısı" xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kiloqramda yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Hacı Kərimov (70 kiloqram) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.
İsmayıl Rəhimli (74 kiloqram) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub.
Fərhad Süleymanlı (97 kiloqram) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.
Yusif Dursunov (125 kiloqram) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabıyla məğlub olan Yusif sabah bürünc medal uğrunda güləşəcək.

Nəşr edilib : 22.08.2026 20:41