NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub

...

"Şərq qapısı" xəbər verir ki, bu gün keçirilən bütün matçlar eyni saatda baş tutub.
Lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qəbul edib.
Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb.
Bu nəticə ilə xallarının sayını 89-a çatdıran "sarı-qırmızılılar" sona II tur qalmış 25-ci çempionluğunu rəsmiləşdirib.

Nəşr edilib : 18.05.2025 22:26