NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Türkiyə kəşfiyyatı Ankaradakı terrora PKK-nın strateji nöqtələrini vurmaqla cavab verib

...

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya və İraqın şimalında terrorçulara qarşı yeni əməliyyat keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, həmçinin logistika və sursat anbarları kimi təşkilata aid bir çox strateji nöqtələr vurulub.

MİT əməliyyatların davam edəcəyini bildirib.

Qeyd olunub ki, bu, oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktına cavabdır.

Nəşr edilib : 24.10.2024 10:09