Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib...
12:03 01.09.2026
0
0
0
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəbi və mərkəzləri üçün ilk dəfə olaraq “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu proqram fotoqrafiya sənətinin tədris prosesinə yeni məzmun və sistemli yanaşma gətirməklə, gənc nəslin bu sahədə bilik və yaradıcılıq bacarıqlarının formalaşdırılmasına xidmət edəcək.
Tədris proqramının hazırlanması fotoqrafiya sahəsində peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü, peşəkar fotoqraf Rauf Umudov tərəfindən tərtib olunub.
Sənədin rəyçiləri qismində ölkənin tanınmış fotoqrafları - “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev və “Fotoqrafika” jurnalının təsisçisi və redaktoru Rüfət Abas çıxış ediblər. Proqramın redaktoru isə MEMİM-in sektor müdiri Fariz Yunislidir.
Fotoqrafiya sənətinin incəsənət məktəblərində yeni ixtisas istiqaməti kimi tədrisi Azərbaycan fotoqrafiyasının 165 illik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu yenilik dövlətin fotoqrafiya sənətinin inkişafına verdiyi diqqət və dəstəyin mühüm göstəricisidir.
Digər xəbərlər