Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib...
12:03 01.09.2026
0
0
0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2035-ci ilədək Nəqliyyat Əlaqəliliyi Strategiyasının hazırlanmasını və qəbul olunmasını təklif edib.
"Şərq qapısı" Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu təşəbbüslə ŞƏT-in Zirvə görüşündə çıxış edib.
Kasım-Jomart Tokayev vurğulayıb ki, Qazaxıstan “Bir kəmər, bir yol” meqalayihəsinin, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, “Şimal-Cənub” dəhlizinin, eləcə də Mərkəzi və Cənubi Asiya arasında perspektivli ticarət yollarının əlaqələndirilməsinə böyük əhəmiyyət verir.
“Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatının bütün məkanında nəqliyyat təşəbbüslərinin irəliləyişinə dəstək göstərməyə hazırdır”, - deyə Prezident bildirib.
Onun sözlərinə görə, Qazaxıstan gömrük prosedurlarının rəqəmsallaşdırılmasını, elektron sənədlərin qarşılıqlı tanınmasını, “yaşıl dəhlizlər” prinsipinin və digər müasir mexanizmlərin tətbiqini də dəstəkləyir.
Dövlət başçısı yüklərin göndərilmə məntəqəsindən son alıcıya qədər maneəsiz müşayiətini təmin etmək üçün ŞƏT-in Vahid Rəqəmsal Tranzit Platformasının yaradılmasını təklif edib.
Kasım-Jomart Tokayev çıxışında, həmçinin ŞƏT-in himayəsi altında üzv dövlətlərin aparıcı universitetlərinin, elmi müəssisələrinin və texnologiya şirkətlərinin iştirakı ilə Süni İntellekt Mərkəzləri Şəbəkəsinin yaradılmasını təklif edib.
Digər xəbərlər