Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib...
12:03 01.09.2026
0
0
0
Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) təsis edilməsinin ildönümüdür.
"Şərq qapısı" xəbər verir ki, “Trend” BİA-nın 31 yaşı tamam olur.
“Trend” BİA müasir jurnalistikanın yüksək standartlarına uyğun inkişaf edərək, fəaliyyətini xəbərlərin hazırlanması və yayımı ilə məhdudlaşdırmır. Agentlik həm də texnoloji və analitik mərkəz, öz informasiya məhsullarını hazırlayan bir media qurumu kimi fəaliyyət göstərir.
Agentliyin xəbər terminalı istifadəçilərə iqtisadiyyat, energetika, nəqliyyat, maliyyə, investisiyalar, beynəlxalq münasibətlər və dövlət proqramları üzrə geniş həcmdə operativ və ixtisaslaşmış regional məlumat təqdim edən müasir və rahat rəqəmsal platformadır. Süni intellektin imkanlarından istifadə etməklə qlobal informasiya agentliklərinə xas iki fərqli satış modelini birləşdirən unikal format hazırlanıb.
Media sənayesinin sürətlə dəyişdiyi bir dövrdə “Trend” 31 illiyini əldə etdiyi nəticələrə nəzər salmaqla yanaşı, gələcək inkişafının aydın istiqamətlərini də müəyyənləşdirir. Süni intellekt əsaslı texnologiyalar və genişlənən beynəlxalq fəaliyyət “Trend”in ən məsuliyyətli qərarların qəbulunda etibarlı məlumat mənbəyi kimi tanınan beynəlxalq informasiya qurumu statusunu daha da möhkəmləndirir.
Təsis olunmasının növbəti ildönümündə “Trend”də çalışan bütün həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
Digər xəbərlər