Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Türkiyənin “TRT Haber” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlaması ilə bağlı reportaj hazırlayıb.
'Şərq qapısı" xəbər verir ki, telekanal iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin və ekoloji fəalların Bakıda toplaşdığını qeyd edir.
“Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və “iqlim ədalətinin” təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir”, -deyə materialda qeyd olunur.
Telekanal “həyəcan təbili çalan” alimlərin qiymətləndirmələrinə diqqət çəkir: “Əgər istixana qazı tullantılarını azaltmaq mümkün olmasa, 2030-cu ilə qədər qlobal istiləşmənin sürəti 1,5 dərəcə Selsini keçə bilər ki, bu da kataklizmlərə səbəb olacaq”.
“Bakı sammitində ölkələrin iqlimlə bağlı məqsədlərini yeniləməsi və birgə yeni qərarlar qəbul etməsi gözlənilir. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyəsi məsələləri də ən çox müzakirə olunan mövzular sırasında olacaq”, -deyə reportajda daha sonra qeyd edilir.
Telekanal diqqətə çatdırır ki, COP29 region ölkələri üçün də önəmlidir. “Azərbaycan milli iqtisadiyyatda islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması istiqamətində qətiyyətli addımlar atır. Bakı enerji transformasiyası və ətraf mühitin davamlılığı məsələsində region ölkələri üçün nümunə olmağa çalışır”, - deyə süjetin müəllifləri qeyd edirlər.
“TRT Haber” vurğulayır ki, “COP29 sammitinin dönüş nöqtəsi olacağına ümid edilir”: “Karbon emissiyalarını azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq, bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək və itki və ziyana görə kompensasiyanı bölüşmək üçün vaxt daralır”.
Telekanal Bakını “iqlim böhranı ilə mübarizənin ümumi məqsədi ətrafında dünyanı birləşdirmək üçün ideal platforma” adlandırır. “Azərbaycanda COP29-un nəticələri dünya ictimaiyyətinə dövlətlərin iqlim böhranına qarşı real birgə mübarizəyə başlamaq əzmində olub-olmadığını nümayiş etdirəcək”, -deyə sonda xəbər kanalı qeyd edir.
Digər xəbərlər