NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tramp: Ərdoğan Ukraynada sülhün bərpasına kömək edə bilər

...

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər.

"Şərq qapısı" xəbər verir ki, Tramp bu fikri oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.

“Rusiyada ona hörmət edirlər. Ukrayna barədə nəsə deyə bilmərəm. Amma Putinin ona hörməti var və o, mənim dostumdur”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Nəşr edilib : 14.10.2025 08:56