“Trend”in 31 yaşı tamam olur
11:40 01.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Səyyar Gənclər Evi” layihəsinin növbəti tədbiri Şərur rayonunun Gümüşlü kəndində təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Gümüşlü, Yuxarı Yaycı, Aşağı Yaycı və Şahbulaq kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə layihənin məqsəd və əhəmiyyətindən danışılıb, rayon mərkəzindən uzaq kəndlərdə gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual və şəxsi inkişafının, eləcə də sosial fəallığının dəstəklənməsinin əsas hədəflərdən olduğu bildirilib. Layihənin Şərur rayonunda keçirilməsi vətəndaş qəbulu zamanı səsləndirilən müraciətlə əlaqələndirilib.
Daha sonra psixoloq Ayxan Hüseynli tərəfindən komanda quruculuğuna həsr olunmuş təlim keçirilib. İştirakçılar “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı!”, yaddaş və əyləncəli idman oyunlarında bilik və bacarıqlarını sınayıblar.
Yekun nəticələrə əsasən I yerə Şahbulaq kənd tam orta məktəbinin “Turan”, II yerə Aşağı Yaycı kənd tam orta məktəbinin “Ulduzlar”, III yerə isə Gümüşlü kənd tam orta məktəbinin “Gümüşlü Company” komandası layiq görülüb.
Sonda qalib komandalar və fərqlənən iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Digər xəbərlər