NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Togg”un yeni modeli Türkiyə Prezidentinə təqdim olunub

...

Türkiyənin ilk yerli elektrikli avtomobili “Togg”un satışa yeni çıxarılan “T10F” modeli Prezident Rəcəb Tayyib Ərdoğana təhvil verilib.
“Şərq qapısı”  xəbər verir ki, “Togg” İdarə Heyətinin üzvləri avtomobili Prezident Ərdoğana İstanbuldakı Dolmabağçadakı İş Ofisində təqdim ediblər.
Prezident Ərdoğan avtomobili test üçün sürəndən sonra nəqliyyat vasitəsi barədə məlumat alıb.
Qeyd edək ki, bu, “Togg”un ilk sedan modelidir. Avtomobilinin ilkin sifarişlərinin qəbulu sentyabrın 15-də, Almaniyada isə sentyabrın 29-da başlayacaq.

Nəşr edilib : 13.09.2025 13:27