Naxçıvanda ictimai iaşə müəssisəsində yoxlama zama...
17:42 21.04.2026
0
0
0
Son günlər "Telegram" istifadəçiləri arasında təhlükəli mesajlar yayılır. İstifadəçilərə dostlarının adından “Hi” və ya “şəkilləriniz” başlıqlı linklər göndərilir. İlk baxışdan adi mesaj təsiri bağışlasa da, bu linklərə daxil olmaq təhlükəlidir.
Mütəxəssislərin sözlərinə görə, linkə klikləyən şəxslərin hesabları ələ keçirilir və onların adından digər dostlara da eyni məzmunlu mesajlar göndərilir. Beləliklə, zərərli proqram sürətlə yayılır.
Məsələ ilə bağlı xəbərdarlıq edən istifadəçilər bildirir ki, artıq bir neçə nəfərin "Telegram" hesabı oğurlanıb. İstifadəçilərə tanımadıqları linklərə daxil olmamaq, şübhəli mesajları açmamaq və iki mərhələli təhlükəsizlik sistemini aktivləşdirmək tövsiyə olunur.
Ekspertlər həmçinin vurğulayır ki, bu cür hallarda dərhal parollar dəyişdirilməli, hesabın təhlükəsizliyi üçün əlavə tədbirlər görülməlidir.
Əhməd Əhmədov
Digər xəbərlər