NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

“Təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması” ilə əlaqədar tədbir keçirilib

...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması” mövzusunda 13 mart 2025-ci il tarixdə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətini vurğulamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar təqdimatla çıxış etmişdir. Z.Orucəliyeva bildirmişdir ki, təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətlidir. Təhsil almaq hər bir insanın fundamental bir hüququdur. Cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin ortadan qaldırılması, gender anlayışının aşılanması vacib məsələlərdəndir.
Tədbirin davamında Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Rüstəmova mövzu ilə bağlı çıxış etmişlər. 
Məktəb kollektivi və yuxarı sinif şagirdləri olmaqla tədbirdən 66  nəfər yararlanmışdır

Nəşr edilib : 13.03.2025 21:05