NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

TDT-yə üzv ölkələrin nazirləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

...

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Şərq qapısı" xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.

Zəfər parkına gedən iclas iştirakçıları Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərimizə ehtiramlarını ifadə edib və Zəfər muzeyi ilə tanış olublar.

Nəşr edilib : 05.12.2025 12:41