Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ...
21:26 26.11.2024
0
0
0
Türk Dövlətləri Təşkilatı (TDT) ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyir.
"Şərq qapısı" xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Sədi Cəfərov COP29 çərçivəsində "Qlobal məqsədlərdən yerli fəaliyyətlərə: davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsi üçün regional təşəbbüslər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, təşkilata üzv olan hər bir dövlət üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələdir: “Bu sazişin məqsədi qidaya çıxış, yoxsulluğun azaldılması və ərzaq qiymətlərinin sabitləşdirilməsi kimi ümumi ərzaq təhlükəsizliyi məsələlərini həll etməkdir”.
O əlavə edib ki, türk dövlətlərində iqlimə davamlı kəndləri inkişaf etdirməklə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və iqtisadi artımı stimullaşdırmaq mümkündür: “Buna rəqəmsal infrastrukturun, dövlət xidmətlərinin təkmilləşdirilməsi, günəş, külək və su enerjisi kimi təmiz enerji mənbələrindən istifadə etməklə nail olunacaq”.
Digər xəbərlər