İstirahət zonalarında polisin fasiləsiz xidməti tə...
16:18 09.08.2026
0
0
0
Şair və tərcüməçi Çingiz Əlioğlu bu gün səhər saatlarında 82 yaşında vəfat edib.
“Şərq qapısı” xəbər verir ki, şairin vəfatı barədə məlumatı Azərbaycan Yazıçılar Birliyi təsdiqləyib.
1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatında tanınmış şair və tərcüməçi kimi fəaliyyət göstərib. Onun yaradıcılığı və ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının müxtəlif nəşrlərində geniş şəkildə əks olunub.
Digər xəbərlər